Turan Tovuz un hazırlıq planı açıqlanıb

29.06.2025

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Turan Tovuz"un yay hazırlıq planı bəlli olub.

İdman.biz xəbər verir ki, Tovuz təmsilçisi iyulun 1-də "Hünər" təlim-məşq bazasında çalışmalara start verəcək.

Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 6-da Türkiyəyə yola düşəcək.

Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq kollektiv iyulun 19-dək məşqlərini burada davam etdirəcək. Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komanda Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq.

Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblərin kimliyi və oyunların tarixləri barədə əlavə məlumat veriləcək.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью