Turan Tovuz un hücumçusunu bu klublar istəyir

31.01.2025

Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Turan Tovuz"un hücumçusu Otto Cona bir neçə klubdan təklif gəlib.

Sportal.az saytına verilən məlumata görə, nigeriyalı futbolçu birdən-birə iki klubun maraq dairəsinə düşüb. Ottonu heyətinə qatmaq istəyən komandalardan biri "Zirə", digəri "Neftçi"dir. 

Otto isə ən azından yaya qədər "Turan Tovuz"da qalmağa üstünlük verib.

Nigeriyalının 2023-cü il iyulun 1-də “Turan Tovuz”a keçmişdi. Onun bu klubla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 

27 yaşlı futbolçu “Skenderbeu”, “Trepça”, “Priştina”, “Dukaqjini” klublarında oynayıb.

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью