Turan Tovuz un hücumçusunu Portuqaliya klubu istəyir

23.09.2026

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Turan Tovuz”un hücumçusu Jo Batiştanın Azərbaycandakı uğurlu performansı bir çox klubun ona təklif göndərməsinə gətirib çıxarıb. Əslində, bu yay Batişta komandadan getməyə yaxın idi. Amma o, Yaponiya, Portuqaliya və Səudiyyə Ərəbistanı klublarının təklifini geri çevirərək, “Turan Tovuz”la avrokuboklara vəsiqə qazanmaq hədəfinə çatmaq istədiyi üçün komandada qalıb.

Sportal.az saytına verilən məlumata görə, braziliyalı forvarda Portuqaliya yüksək liqasında yarışan “Santa Klara” Batiştanı heyətinə qatmaq istəyir. Portuqaliyada yüksək yerlərdə qərarlaşan klub qışda Jo üçün ciddi addım irəli sürəcək və onu heyətinə qatmağa çalışacaq. 31 yaşlı futbolçunun “Turan Tovuz”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью