Teleqraf.com saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Turan Tovuz" klubunun heyətinə yeni futbolçu cəlb ediləcək.
Bu barədə "Teleqraf.com"a komandanın kapitanı Şəhriyar Əliyev məlumat verib.
32 yaşlı müdafiəçi bildirib ki, hazırda axtarış və analizlər aparılır: “Rəhbərliyimiz çalışır ki, komandaya xeyir verəcək, sistemə uyğun futbolçu cəlb etsinlər.
Bunun üçün axtarışlar və analizlər gedir. Düşərgəyə yeni oyunçunun gələcəyi gözlənilir”.
Ş.Əliyev Türkiyənin Antaliya bölgəsində başa vurduqları təlim-məşq toplanışını dəyərləndirib: “Toplanış üçün yanvarın 3-də Türkiyəyə yollandıq.
Düzdür, vaxtımız az idi. Çalışdıq ki, bu müddətdə maksimum optimal formaya düşək.
Toplanış çərçivəsində hər iki yoxlama matçında məğlub olduq.
Fikrimcə, həmin oyunlarda nəticənin önəmi olmasa da, zəif və üstün cəhətlərimizi analiz edə bilmək baxımından faydalı idi.