Turan Tovuz un kapitanı üçün yubiley matçı 100 ə çatdı

11.02.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib. “Turan Tovuz”un kapitanının yubileyi “Karvan-Yevlax”la matça (1:0) təsadüf edib.

Apasport.az xəbər verir ki, o, Misli Premyer Liqasının XIX turunun görüşünə start heyətində çıxıb.

Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.

25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/20 mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt edən Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.

Qeyd edək ki, Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.

Nəriman Axundzadə rəsmən MLS-də A kateqoriyalı məşqçi kursu keçirilib Vernidub: “Bəzi qərarlarla razı deyiləm” “Qəbələ”nin məşqçisi: “Məğlubiyyətə layiq deyildik” "Neftçi" “Qəbələ” səfərindən 3 xalla qayıdır - YENİLƏNİB
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью