Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin durumuna aydınlıq gəlib.
Apasport.az saytına verilən məlumata görə, o, Türkiyədəki müalicəsini başa vuraraq Azərbaycana qayıdıb.
Müdafiəçi iki həftə İstanbulda müalicə alıb.
Artıq bu gün fitness məşqlərinə başlayan Əliyev bir həftə sonra qaçış çalışmalarına start verəcək. “Turan Tovuz”un kapitanı hər şey qaydasında gedərsə, son turlarda komandasına kömək edə biləcək.
Qeyd edək ki, onun klubla müqaviləsi mövsümün sonuna qədərdir.
"Qaradağ Lökbatan" və “Mingəçevir”dən qələbə - YENİLƏNİB De Bleker hakimin tərəfini tutdu, "qırmızı yoxdur" dedi II Liqa: XXIV turun oyun cədvəli müəyyənləşib UEFA-nın Türkiyədə nümayəndəliyi açılıb "Qarabağ"da kritik müqavilə - LEGİONERLƏ RAZILIQ ƏLDƏ OLUNDU