Icma.az bildirir, Sportal.az portalına istinadən. "Turan Tovuz"un müdafiəçisi Faiq Hacıyev Sportal.az saytına müsahibə verib.
O, komandasının avrokuboklardan kənar qalmasına münasibət bildirib.
- Yəqin ki, ölkə kubokunun finalını, "Qarabağ" - "Sabah" oyununu izlədin?
Matçdan gözləntilərin nə idi və ehtimal edirdin ki, "Sabah" kuboku qazana bilər, yoxsa "Qarabağ"a çox inanırdın?
- Əlbəttə ki, oyunu izləyirdim. "Qarabağ"ın qalib gəlməsi bizim üçün yaxşı olacaqdı.
Ancaq bilirdim ki, final matçıdır və şanslar 50/50-yə olacaq. "Sabah"ı qələbə münasibəti ilə təbrik edirəm.
- "Qarabağ" tərəfi hakimlikdən çox narazılıq etdi. Səncə, hakim oyunun nəticəsinə birbaşa təsir etdi?
- Bu barədə mənim danışmağım düzgün olmazdı. Artıq matç baş tutub və hər şey geridə qalıb. Nəyisə dəyişmək də mümkün deyil.