Turan Tovuz un növbəti rəqibi məlum oldu

14.07.2025

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Türkiyədə təlim-məşq toplanışında olan "Turan Tovuz"un yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Türkiyə 1-ci liqasında mübarizə aparan "Çorum"la üz-üzə gələcək. Görüş iyulun 19-da oynanılacaq.

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz"un Təbriz "Traktor"u ilə qarşılaşacağı açıqlanmışdı. Bu matçın başlama saatı və məkanı haqda əlavə məlumat veriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью