Turan Tovuz və Kəpəzin veteran futbolçuları yoldaşlıq oyunu keçirib

11.11.2024

Operativmedia saytına istinadən Icma.az xəbər verir.

Bu gün “Turan Tovuz”un və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçirilib.

"Operativ Media" xəbər verir ki, matç Tovuz şəhər stadionunda oynanılıb. Görüş 5:5 hesabı ilə yekunlaşıb.

"Turan Tovuz"un qollarını Etimad Qurbanov, Musa Qurbanov (dubl), Nizami Ocaqverdiyev və Qurban Qurbanov vurub.

Qeyd edək ki, bu yoldaşlıq görüşü “Turan Tovuz”un çempionluğunun və Azərbaycanı ilk dəfə qitəmiqyaslı yarışda təmsil etməsinin 30 illiyi ilə əlaqədar keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью