“Turan Tovuz” Veysəl Rzayevlə bağlı açıqlama yaydı

10.06.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Azərbaycan Premyer Liqasının XXIX turunda keçirilən “Səbail” – “Turan Tovuz” (0:0) oyunundan sonra Tovuz təmsilçisinin futbolçusu Veysəl Rzayevlə klubun azarkeşləri arasında insident baş vermişdi.

Futbolpress.az xəbər verir ki, “Turan Tovuz”un mətbuat xidməti yaşanan insidentlə bağlı açıqlama yayıb:

“Yaşanan xoşəgəlməz hadisə ilə bağlı təəssüf hissi keçirdiyimizi bildiririk. Məsafədən asılı olmayaraq hər zaman komandasının yanında olan, səfər oyunlarında belə ev oyunu ab-havası yaradan azarkeşlərimizin irad və təklifləri  inkişafımız üçün çox vacibdir. Komandası ilə bütövləşmiş tribunada istənilən şəxsin təhqir olunması bizi daha da narahat edir. Bildirmək istəyirik ki, oyunçular tərəfindən azarkeşlərə qarşı göstərilən qeyri-adekvat reaksiya  yolverilməzdir. Baş verən hadisə ilə bağlı oyunçulara qarşı klubumuzun daxili intizam qaydalarına uyğun olaraq müvafiq addımlar atılıb.

Hər zaman olduğu kimi “Turan” ailəsini vacib missiya uğrunda birlik olmağa çağırırıq.

Biz bir ailəyik. Gücümüz birliyimizdir!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью