“Turan Tovuz” yeni rekordun bir addımlığındadır

22.03.2026

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2025/26 mövsümündə 14-cü qələbəsini qazanıb.

"Ölkə.az" Peşəkaf Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Qərb təmsilçisi evdə “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.

Tovuz klubu bununla da Premyer Liqada bir mövsümdəki qələbə sayında öz rekordunu təkrarlayıb. 4-cü dəfə yüksək dəstədə mübarizə aparan “Turan Tovuz” ötən mövsümdə də 14 dəfə qalib gəlib.

Çempionatın sonuna 8 tur qalmış bu rekorda çatan komanda növbəti qələbə ilə göstəricini yeniləyəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью