“Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir

13.06.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

“Turan Tovuz” heyətini yeni qapıçı ilə gücləndirir.

İdman.Biz futbolxeber.az-a istinadən xəbər verir ki, Tovuz klubu rusiyalı qolkiper Yeqor Baburini heyətinə qatır.

32 yaşlı futbolçu ilə tezliklə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Baburin son mövsümü Rusiyanın Birinci Liqa təmsilçisi “Volqa”da keçirib. O, Ulyanovsk klubunun heyətində 11 matçda forma geyib.

Təcrübəli qapıçı karyerası ərzində “Zenit”, “Rubin”, “Rostov”, “Krasnodar” və “Torpedo” (Moskva) klublarında da çıxış edib. Baburin beş matçda Rusiyanın U-21 yığmasının şərəfini qoruyub.

İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью