Icma.az, Idmanxeber.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bir neçə gün öncə “Turan Tovuz” “Kəpəz”dən Orxan Əliyevi heyətinə qatdığını açıqladı.
Bu gediş Gəncə klubunun planlarına daxil olmasa da, Əliyevin israrı sonda onun Touz təmsilçisinə keçidi ilə nəticləndi.
Təcrübəli futbolçu Kurban Berdyevlə birgə işləmək istəyini “Kəpəz” rəhbərliyinə bildirib.
Hətta onun üçün tələb olunan təzminat məbləğini “Turan Tovuz” ödəməyəcəyi halda, öz boynuna da götürüb.
Lakin klublar arasında bu məsələdə razılıq əldə olunub və Orxan Əliyev “Turan Tovuz”la müqavilə imzalayıb.
“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri İdmanxeber.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib: “Mən “Turan Tovuz” rəhbərliyinə Orxan Əliyevin bizə lazım olduğunu bildirmişdim.
Onların fikrinə hörmətlə yanaşıram. Onlar da bizim. Orxan Əliyev çox istəyirdi ki, “Turan Tovuz”a keçsin. Biz onunla bir neçə dəfə danışdıq.