“Turan Tovuz”a ikiqat zərbə Olabedən sonra o da cəzalıdır!

09.11.2025

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Turan Tovuz" daha bir ciddi itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, bölgə təmsilçisinin futbolçusu Roderik Miller də cəzalı duruma düşüb.
Buna müdafiəçinin "Zirə" ilə qolsuz heç-heçə etdikləri Misli Premyer Liqasının XI turunun oyununda sarı vərəqə alması səbəb olub. Miller bu səbəbdən XII turda "Araz-Naxçıvan"la matçı buraxacaq.
"Turan Tovuz"un digər legioneri Roberto Olabe isə sözügedən görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulduğu üçün növbətu turda meydana çıxmayacaq.
Qeyd edək ki, hər iki oyunçu Tovuz klubunun əsas heyət üzvüdür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью