“Turan Tovuz”da ciddi itkilər

13.02.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumatı açıqlayır.

“Turan Tovuz” Misli Premyer Liqasının XXIII turunda doğma meydanda “Araz Naxçıvan”la üz-üzə gələcək.

İdmanxeber.az-a verilən məlumata görə, Tovuz klubu bu görüşə də ciddi itkilərlə çıxacaq. Əməliyyat olunan Denis Marandiçlə Roderik Millerin oynamayacağı dəqiqdi. Zədəsi davam edən Şahriyar Əliyev fərdi məşqlərə başlasa da, Naxçıvan klubuna qarşı oynama ehtimalı azdır.

Zədəli futbolçularla yanaşı, heyətdə cəzalı oyunçu da var. Veysəl Rzayev sarı vərəqə limitini doldurduğu üçün qarşıdakı görüşü buraxacaq.

“Turan Tovuz” – “Araz Naxçıvan” ayın 16-da, saat 16:00-da start götürəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью