“Turan Tovuz”da DƏYİŞİKLİK: Ehtiram Quliyev gedir, büdcə 10 milyon artır

24.09.2026

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Turan Tovuz" klubunda böyük dəyişikliklərin baş verəcəyi gözlənilir. Sport24.az Qərb təmsilçisində baş verəcək dəyişikliklərlə bağlı yeni məlumatlar əldə edib.
Belə ki, oktyabr ayında "Huner Group"un təsisçisi, "Turan Tovuz"un İdarə Heyətinin sədri Ehtiram Quliyevin klubdan ayrılacağı gözlənilir.
Məlumata görə, bölgə təmsilçisinin yeni idarəetmə modeli də formalaşacaq. Klub dövlət qurumlarından birinin tabeliyinə keçəcək (adı məlumdu, müəyyən səbəbdən yazmırıq).
Hazırda "Turan Tovuz"un büdcəsi 15 milyon manat təşkil edir. Yeni rəhbərliyin isə bu rəqəmi 25 milyon manatadək artırmağı planlaşdırdığı bildirilir.
Qeyd edək ki, sözügedən dəyişikliklərin oktyabr ayında rəsmiləşməsi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью