Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev əsas komandanı ziyarət edib.
Futbolpress.az xəbər verir ki, funksioner əsas komandanın məşqçi və futbolçu heyəti ilə görüşüb, mövsümün ikinci hissəsində komandaya uğurlar arzulayıb.
“Turan Tovuz” Premyer Liqanın XVII turunda yanvarın 25-də “Sumqayıt”la qarşılaşacaq.