Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Yeni mövsüm üçün iddialı heyət qurmağa çalışan “Turan Tovuz” hücumçu axtarışındadır.
Futbolpress.az-ın əldə etdiyi məlumata görə, Tovuz təmsilçisi Ayxan Hüseynovun “Zirə”yə keçidindən sonra bu mövqeyə yeni oyunçu cəlb etmək istəyir. Klub artıq bir neçə legionerlə danışıqlara başlayıb.
“Turan Tovuz” qısa zamanda transferi tamamlamaq niyyətindədir.
“Bozqurdlar” iyulun 4-də yay toplanışına başlayacaq. I mərhələ Bakıda, II isə Türkiyədə olacaq. Baş məşqçi Kurban Berdıyev yeni transferlərin ən geci Türkiyə hazırlığına qədər həll edilməsini istəyib.
“Turan Tovuz” mövsümü üçüncü sırada başa vurub, Konfrans Liqasına vəsiqə qazansa da, UEFA-nın qərarı ilə bir il müddətinə avrokuboklardan kənarlaşdırılıb.
Şahin Cəfərov