“Turan Tovuz”da Kurban Berdiyev dönəmi sona çatdı? ŞOK İDDİA İdmanXəbər

25.11.2024

Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev tutduğu vəzifədən ayrılıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə “bombardir.ru” nəşri məlumat yayıb. Bildirilir ki, təcrübəli mütəxəssis rəhbərliklə fikir ayrılığı səbəbindən postundan ayrılıb. Xəbərdə iddia edilir ki, Dmitri Simirnov, Vasili Berezutski və Aleksandr Naqornı “Turan Tovuz”un baş məşqçi postuna namizəddi.

Tərəflərin danışıq aparıdığı qeyd olunub. 

Xatırladaq ki, Berdiyev 2024-cü ilin iyunundan komandaya başçılıq edir. “Turan Tovuz” hazırda Premyer Liqada üçüncü yerdə qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью