“Turan Tovuz”da seminar İdmanXəbər

28.12.2024

Idmanxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Turan Tovuz”un futbol akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə​ ​ilə bağlı seminar keçirilib.

İdmanxeber.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tovuz şəhər stadionunda keçirilən​ tədbirdə klubun akademiyasının koordinatoru Ülfət Mədətov, futbolda sosial məsuliyyət üzrə məsul şəxsi Elmir Musayev bu mövzuda​ mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər.

Tədbirdə həyatın bütün sahələrində olduğu kimi, futbolda da irqçiliyə yer olmadığı vurğulanıb, bu mövzu ətrafında geniş müzakirə və fikir mübadiləsi​ aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью