“Turan Tovuz”dan ayrılıb, “Zirə”yə keçmək istəyir

04.06.2026

Icma.az, Bizim media saytına istinadən bildirir.

“Turan Tovuz” aparıcı oyunçularından sayılan Xəyal Nəcəfov komandanı tərk edə bilər.
Bizim.Media xəbər verir ki, baş məşqçi Kurban Berdıyevin artıq heyətdə görmək istəmədiyi futbolçu “Zirə” ilə danışıq aparır.
Başqa təklifləri də olan futbolçunun karyerasını harada davam etdirəcəyi yaxın günlərdə müəyyənləşəcək.
Qeyd edək ki, “Turan Tovuz”a 2024-cü ildə keçən Xəyal Nəcəfov burada keçirdiyi 27 oyunda 2 qol vurub.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью