“Turan Tovuz”dan əzmkar qələbə

31.08.2025

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Misli Premyer Liqasının III turunun oyunları keçirilib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan görüşdə “Sumqayıt” “Şamaxı”nı qəbul edib. Oyunun 63-cü dəqiqəsində “Şamaxı”nın futbolçusu Rikardo Apolinario avtoqola imza atıb. 75-ci dəqiqədə isə Edqar Adilxanov bərabərlik qolunu vurub – 1:1.

“Neftçi” isə Bakıda “Turan Tovuz”u qəbul edib. Qarşılaşmanın 6-cı dəqiqəsində Filip Ozobiç tovuzluları hesabda irəli çıxarıb – 0:1. Bundan sonra tərəflərin səylərinə baxmayaraq, hesab dəyişməyib.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью