“Turan Tovuz”dan sərt qərar: Berdıyev bu hücumçu ilə davam etmək istəmir

01.04.2026

sport24.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Turan Tovuz" mövsümün sonunda futbolçusu İbrahima Vadji ilə vidalaşacaq. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, avrokuboklara vəsiqəni böyük ölçüdə təmin edən Tovuz təmsilçisi heyətini yeni hücumçu ilə gücləndirməyi planlaşdırır.
Baş məşqçi Kurban Berdıyev seneqallı forvardın çıxışından razı qalmayıb və onunla müqavilənin uzadılmasını istəmir.
Ötən ilin iyulunda kluba qoşulan 30 yaşlı futbolçu ilə 1+1 illik sözləşmə imzalanmışdı. Klub müqavilədə nəzərdə tutulan uzatma bəndindən istifadə etməyəcək.
Vadji cari mövsüm Misli Premyer Liqasında 19 matçda (716 dəqiqə) forma geyinsə də, fərqlənə bilməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью