sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Turan Tovuz"un yay transfer dönəmində heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı məlum olub. Sport24.az bu barədə etibarlı mənbədən məlumat əldə edib.
Belə ki, Qərb təmsilçisi xorvatiyalı yarımmüdafiəçi Tibor Haliloviçlə maraqlanıb. Hazırda İranın "Traktor" klubunda çıxış edən 31 yaşlı futbolçu üçün Tovuz təmsilçisi yayda təmaslar da qurub. Lakin danışıqlar müsbət nəticələnmədiyindən transfer baş tutmayıb.
Haliloviç karyerası ərzində Xorvatiyanın "Riyeka" və "Dinamo" (Zaqreb), eləcə də Niderlandın "Herenven" klublarının formasını geyinib.
Qeyd edək ki, Tibor Haliloviçin "Traktor"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.