Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır. “Səbail” hazırda yalnız “Kəpəz”i 1 xalla üstələyir.
Şahin Diniyevin istefasından sonra “dənizçilər” “Turan Tovuz”la heç-heçə etdi.
Müdafiəçi Vüsal Məsimov oyunla bağlı fikirlərini “Football-plus.az” ilə bölüşdü: “Düzdü, 4 oyundu qələbə qazana bilmirik.
“Turan Tovuz”la oyunda son dəqiqələrdə qələbəni əldən verdik. Amma futboldu, belə şeylər olur.
Milli fasiləsindən yaxşı istifadə edib toparlanmağa çalışacağıq.
Düşünürəm ki, fasilədən sonra daha yaxşı “Səbail” görəcəyik”.Məsimov Şahin Diniyevin istefası və yeni baş məşqçi barədə isə bu sözləri dedi: “Şahin müəllim təcrübəli məşqçidi.
İki ildən çox idi “Səbail”də işləyirdi. Sadəcə, bu mövsüm alınmadı və istefa vermək qərarina gəldi.
Burdan da Şahin müəllimə bir daha təşəkkür edirəm. Yeni baş məşqçi barədə isə danışmağım düz olmaz.