“Turan Tovuz”dan yenilik

11.08.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Turan Tovuz" yeni mövsümdən etibarən stadionuna elektron bilet sisteminə keçir.

Apasport.az xəbər verir ki, bu yenilik stadionun UEFA standartlarının tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır.

Birbilet.az ilə əməkdaşlıq çərçivəsində azarkeşlər artıq kassaya gəlmədən biletləri onlayn şəkildə əldə edə biləcəklər.

Qeyd edək ki, mövsümlük bilet əldə etməklə stadionda ən ideal yeri seçmək və mövsümboyu bütün oyunları eyni yerdən izləmək olar.

Şəhid ailələri və qazilər onlar üçün ayrılmış sektora dəvətnamələri stadionun kassasından ödənişsiz əldə etmək mümkündür.

Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.

Qeyd edək ki, stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.

Mövsümün ilk oyunu üçün biletlər sabah saat 11:00-dan satışa çıxarılacaq.

“Sabahın Ulduzları” turnirində III tura yekun vuruldu "Kəpəz" yeni transferini açıqlayıb Bölgə klubu loqosunu dəyişəcək "Karvan-Yevlax"dan növbəti transfer - RƏSMİ “Sabah” – “Orhus” matçında anşlaq - Bütün biletlər satıldı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью