Turan Tovuzun akademiyasının komandalarına seminar keçirilib

28.12.2024

Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Turan Tovuz”un futbol akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə​ ​ilə bağlı seminar keçirilib.

"Report" xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tovuz şəhər stadionunda keçirilən​ tədbirdə klubun akademiyasının koordinatoru Ülfət Mədətov, futbolda sosial məsuliyyət üzrə məsul şəxsi Elmir Musayev bu mövzuda​ mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər.

Tədbirdə həyatın bütün sferalarında olduğu kimi futbolda da irqçiliyə yer olmadığı vurğulanıb, bu mövzu ətrafında geniş müzakirələr və fikir mübadilələri​ aparılıb.​

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью