Turan Tovuzun ayağı sınan futbolçusu əməliyyat olunub

05.12.2024

Icma.az bildirir, Report.az saytına əsaslanaraq.

"Turan Tovuz"un ayağı sınan moldovalı futbolçusu Denis Marandiçi bu gün əməliyyat olunub.

Bu barədə "Report"a klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumat verib.

O, müdafiçinin Bakıdakı klinikalardan birində əməliyyat olunduğunu bildirib:

"Futbolçunun əməliyyatı uğurla başa çatdı. Müəyyən müddət xəstəxanada qalacaq və daha sonra müalicəsi davam etmək şərti ilə evə buraxılacaq. Klubumuzun həkimləri də məsələni nəzarətdə saxlayırlar. Futbolçunun nə vaxt meydana çıxacağı dəqiqləşməyib. Klubumuz futbolçunun tez bir zamanda sağlığına qovuşması üçün bütün məsuliyyəti öz üzərinə götürüb. Arzu edək ki, Marandiçi tez bir zamanda komandamızın sıralarına dönəcək".

Qeyd edək ki, D.Marandiçinin ayağı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Sabah"la keçirilən oyununda Pavol Safranko ilə ikili mübarizədə bir neçə yerdən sınıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью