“Turan Tovuz”un baş məşqçisi: “Qəbələ”dən ehtiyat edirdik”

24.02.2026

Icma.az, Idman.biz saytına istinadən bildirir.

“Turan Tovuz” komandası “Qəbələ” kollektivindən ehtiyat edib.

İdman.Biz xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında açıqlama verib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının 14-cü turundan təxirə salınmış oyunda üç cavabsız qolla qalib gəlmələri barədə fikirlərini bölüşüb.

“Qəbələ”dən bir az ehtiyat edirdik, yaxşı komanda olduğunu bilirdik. Sürətli hücumçuları var. Allaha şükürlər olsun ki, öhdəsindən gəldik, komanda pis oynamadı”, - Berdıyev deyib.

Matç 3:0 hesabı ilə “Turan Tovuz”un xeyrinə qurtarıb.

İdman.Biz
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью