“Turan Tovuz”un cəzalanacağını əvvəldən bilsəydik, yaxşı olardı

20.06.2026

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

“Turan Tovuz”un UEFA tərəfindən cəzalandırılacağını daha əvvəl bilsəydik, yaxşı olardı“.

Bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov deyib.

Mütəxəssis bildirib ki, hazırkı vəziyyətdə “Sumqayıt” və “Araz-Naxçıvan” komandalarının da etiraz etmək üçün əsasları var: “Əgər onlar bunu əvvəlcədən bilsəydilər, avrokuboklar uğrunda mübarizədən bu qədər tez kənarda qalmazdılar”.

Baş məşqçi qeyd edib ki, məsələnin müzakirəsi zamanı Konfrans Liqasından imtina variantı da nəzərdən keçirilib: “Hətta rəhbərliklə söhbətlərimizdə bu ehtimalı dəyərləndirdik. Ancaq belə bir addım atılsaydı, “Zirə” də cəzalandırıla bilərdi. Bu səbəbdən digər klubları günahlandırmaq düzgün deyil”.

AzPost.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью