Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
“Kəpəz”in hücumçusu Orxan Əliyevin “Turan Tovuz”a keçə biləcəyi haqda xəbər vermişdik.
Artıq azərbaycanlı hücumçunun Qərb təmsilçisinə keçidi rəsmiləşib.
Apasport.az saytına verilən məlumata görə, Əliyev artıq Türkiyənin Antalya şəhərinə yollanıb.
Forvard bu gün kollektivə qoşulub və “Turan Tovuz”un məşqlərində iştirak edib. 30 yaşlı hücumçunun klubla altı ay+1 illik müqavilə imzaladığı iddia edilir.
Qeyd edək ki, Orxan karyerası ərzində “Sumqayıt”, “Xəzər Lənkəran”, “Zirə”, “Qaradağ-Lökbatan”, “Sioni” (Bolnisi), “Araz-Naxçıvan” klublarında oynayıb.
Azərbaycan çempionu "Səbail"də - Rəsmi "Turan Tovuz"un legioneri əməliyyat olunub "Araz-Naxçıvan" təlim-məşq toplanışına başlayıb Milli komandamızda yeni məşqçi - Rəsmi “Neftçi”də “yarpaq tökümü” - O da göndərilir