“Turan Tovuz”un futbolçusu 200 cü oyununu keçirdi İdmanXəbər

24.01.2025

Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Turan Tovuz”un futbolçusu Xəyal Nəcəfov Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.

İdmanxeber.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, onun yubileyi Misli Premyer Liqasının XIX turuna təsadüf edib.

27 yaşlı yarımmüdafiəçi “Kəpəz”lə səfər matçının (2:5) gedişində meydana çıxıb. Debütü 2014/2015 mövsümündə gerçəkləşən Xəyal 200 oyunda 6 qol vurub.

O, üç klubda forma geyinib. Nəcəfov “Sumqayıt”da 105 (2 qol), “Neftçi”də 17, “Turan Tovuz”da 78 (4 qol) dəfə şans qazanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью