“Turan Tovuz”un futbolçusu ağır zədə aldı

03.12.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Azərbaycan kubokunun 1/8 finalının "Turan Tovuz" - "Sabah" matçında xoşagəlməz hadisə yaşanıb. 
Bizim.Media xəbər verir ki, matçın 21-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Denis Marandiçi ayağı sınıb. 
Moldovalı müdafiəçi rəqib komandanın hucumu zamanı zədələnib. Denis təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. 
Qeyd edək ki, hazırda davam edən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью