Turan Tovuzun futbolçusu əməliyyat olundu

05.12.2024

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin "Turan Tovuz" - "Sabah" oyununda ayağı qırılan "Turan Tovuz"un futbolçusu Denis Marandiçi əməliyyat olunub. Sport24.az xəbər verir ki, əməliyyatı uğurlu keçən moldovalı müdafiəçi bir neçə gün həkim nəzarətində qaldıqdan sonra evə buraxılacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bundan sonrakı bütün proses klub rəhbərliyi və klub həkimlərinin nəzarətində olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью