Turan Tovuzun futbolçusu əməliyyat olunub

24.12.2024

Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Turan Tovuz" klubunun futbolçusu Faiq Hacıyev əməliyyat olunub.

Tovuz təmsilçisinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sol qasıq kanalında yırtıq diaqnozu qoyulan futbolçunun əməliyyatı uğurlu keçib.

İstanbulda baş tutan əməliyyatdan 2 gün sonra futbolçu ev şəraitində müalicəyə buraxılacaq. O, həkimlərin rəyindən asılı olaraq təxminən bir həftə sonra fərdi məşqlərə başlaya biləcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью