Turan Tovuzun futbolçusu əməliyyat olunub

07.01.2025

Icma.az, Report.az portalına istinadən məlumat verir.

"Turan Tovuz" klubunun futbolçusu Roderik Miller əməliyyat edilib.

"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Menisk yırtığı diaqnozu qoyulan oyunçu artroskopik diz əməliyyatı olunub. Klub rəhbərliyi və həkimlərin icazəsi ilə müdafiəçinin əməliyyatı vətəni Panamada, milli komandasının həkimlərinin nəzarəti altında gerçəkləşib.

Millerin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью