futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Turan Tovuz” yeni mövsümə hazırlığını Türkiyədə davam etdirir. Bölgə təmsilçisinin futbolçusu Faiq Hacıyev “Futbolpress.az”a açıqlamasında toplanışı dəyərləndirdi:
“Hər şey proqram üzrə gedir. Baş verənləri unudub, yeni mövsümə hazırlaşırıq. Ümid edirəm ki, bu il layiq olduğumuz yeri tutarıq. Hədəfimiz yuxarı pillələrdir və bunun üçün sona qədər mübarizə aparacağıq”.
Cinah oyunçusu transferdə fəal olmamalarını şərh etdi:
“Rəqiblərin transferlərini görürük. Bizim üçün ilk növbədə vacib məqam ötən ilin heyətini qorumaqdır. Yeni oyunçularla bağlı məşqçilər korpusu maraqlanır, bu, bizim işimiz deyil. Ümid edirəm ki, transfer işləri tezliklə yekunlaşar və yeni futbolçular komandaya qoşular”.
“Turan Tovuz” ötən mövsüm üçüncü yeri tutsa da, UEFA-nın qərarı ilə avrokuboklardan bir il müddətinə kənarlaşdırıldı. Hacıyev bu məsələnin onlara daha da motivasiya verdiyini dedi:
“Konfrans Liqasına gedə bilməməyimiz əlavə motivasiya verir. Bu il hər matça son oyun kimi baxacağıq. İnanıram ki, mövsümün yekununda istədiyimiz yerdə ola biləcəyik”.
Şahin Cəfərov