“Turan Tovuz”un futbolçusu “Şamaxı”ya keçir? İdmanXəbər | Icma.az
Icma.az, Idmanxeber.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Turan Tovuz”un futbolçusu Fərid Yusiflinin komandada ayrılacağı barədə xəbərlər yayılıb.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, U-21 millimizin üzvünə “Şamaxı”dan təklif olduğu iddia edilir.
Ancaq yazılanlar həqiqəti əks etdirmir. Redaksiyamıza daxil olan məlumata görə, futbolçuya rəsmi olaraq heç bir təklif yoxdu.
O, hazırda komanda ilə birgə Antalya təlim-məşq toplanışında hazırlıqlarını davam etdirir.
Yusiflinin mövsümün ikinci yarısını da Tovuz klubunda keçirəcəyi bildirilib.
İdmanxeber.az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu