“Turan Tovuz”un hücumçusu komandanı tərk etmək İSTƏYİR

18.06.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Turan Tovuz"un hücumçusu Jo Batista komandanı tərk edə bilər.
Bizim.Media xəbər verir ki, qərb təmsilçisinin forvardı qərarını dəyişib.
Öncədən Batişta yeni mövsümə “Turan Tovuz”da başlamaq qərarı vermişdi. O, təklifləri geri çevirərək, hazırkı komandasında qalmaq istəyirdi. Lakin komandanın avrokuboklara buraxılmamasından sonra təklifləri dəyərləndirmək istəyinə düşüb.
 

Onun xidmətində BƏƏ, Asiya klubları ilə yanaşı Azərbaycandan da bir komanda maraqlıdır. Məlumata görə, Jo Batiştanın “Turan Tovuz”la bir illik müqaviləsi qüvvədə olsa da, o, komandanı tərk edə bilər.


Qeyd edək ki, 31 yaşlı forvard “Moqi Mirim”, “Kapivariano”, “Linense”, “Yuventus-SK”(hamısı Braziliya), “Mito”(Yaponiya),”Sportinq Kovilya”, “Çaveş”(hər ikisi Portuqaliya) klublarının formasını geyinib.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью