Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.
Yeni mövsümə hazırlıqlarını Ankarada davam etdirən “Turan Tovuz” bu gün ikinci yoxlama matçına çıxacaq.
Futbolpress.az xəbər verir ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv Türkiyə təmsilçisi “Karagümrük”lə qarşılaşacaq. I Liqa təmsilçisi ilə görüşün başlama saatı açıqlanmayıb.
“Turan Tovuz” Ankara hazırlığı çərçivəsində bunadək bir oyun keçirib. Qərblilər İranın U-21 yığması ilə heç-heçə edib – 1:1.