Turan Tovuzun insult keçirən rəsmisinin son durumu İdman və Biz | Icma.az
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Turan Tovuz"un insult keçirən baş meneceri İman Həsənovun vəziyyəti orta stabildir.
Bu barədə məlumatı İdman.biz-ə klub rəsmisinin oğlu Sübhan Həsənov məlumat verib.
O bildirib ki, atasının səhhətində yaxşılığa doğru müəyyən dəyişikliklər var: "Artıq sağ ayağını tərpətməyə başlayıb.
Amma əlində və nitqində hələ ki, dəyişiklik yoxdur. Müalicələrlə düzələcək". Qeyd edək ki, İman Həsənov noyabrın 27-də insult keçirib.
Emin Ağa İdman.biz Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu