Turan Tovuzun kapitanı: Bir xalı pis nəticə saymıram

04.11.2024

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

"Oyunun çətin keçəcəyini bilirdik. "Qarabağ"ın gücü hər kəsə bəllidir. Yaxşı hazırlaşmışdıq. Rəqibə qol şansı verməməyə çalışdıq. Bizim də epizodlarımız oldu, istifadə edə bilmədik. Bir xalı pis nəticə saymıram". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Misli Premyer Liqasının XII turunda "Qarabağ"la oyunu (0:0) şərh edərkən deyib.

Əliyev növbəti turda qarşılaşacaqları "Səbail"lə matçdan gözləntilərini açıqlayıb:

"Qarşıda "Səbail"lə ağır səfər oyunumuz var. Rəqib komanda son pillələrdən qurtulmaq istəyir. Keyfiyyətli futbolçuları var. Çalışacayıq müsbət nəticə qazanıb azarkeşlərimizi sevindirək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью