“Turan Tovuz”un komandalarına seminar keçildi

01.08.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Turan Tovuz” Futbol Akademiyasının U-19, U-17, U-16 və U-15 komandalarının üzvlərinə irqçiliyə qarşı mübarizə​  ilə bağlı seminar keçirilib.

Futbolpress.az xəbər verir ki, stadionumuzda​ keçirilən​ tədbirdə akademiyamızın​ ​ koordinatoru Ülfət Mədətov, futbolda sosial məsuliyyət üzrə məsul şəxsi Elmir Musayev bu mövzuda​ mühazirə oxuyublar, maarifləndirici təqdimatlar ediblər. Tədbirdə həyatın bütün sferalarında olduğu kimi futbolda da irqçiliyə yer olmadığı vurğulanıb, bu mövzu ətrafında geniş müzakirələr və fikir mübadilələri​ aparılıb.​
​
“Turan Tovuz Peşəkar Futbol Klubu”​ ​ futbol adına ləkə salan və ümumiyyətlə, insanlıqdan uzaq olan irqçilik​ hallarını​ pisləyir, irqçiliyə qarşı mübarizə aparacağını bəyan edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью