Turan Tovuzun legioneri: Qarabağa qarşı oynamaq motivasiyanı artırır MÜSAHİBƏ | Icma.az
Icma.az, Sportal.az portalına istinadən məlumat verir. “Turan Tovuz”un hücumçusu Aleks Souza Sportal.az saytına müsahibə verib.
- İlin son görüşündə "Neftçi" ilə heç-heçə etdiniz. Həmin oyunda qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirirsən?
- Fikrimcə, bu oyunun ilk yarısında o qədər də yaxşı oynaya bilmədik. Ancaq fasilədən sonra, ikinci hissədə daha da yaxşı oynadıq.
Matça eyni intensivliklə başlasaydıq, bu görüşü qalib başa vura bilərdik. Qələbə qazanmağımız mümkün idi.
Hər halda, artıq matç geridə qaldı və hazırda istirahətdəyik. - Sezonun ilk hissəsi artıq başa çatdı.
"Turan Tovuz" ili 3-cü pillədə başa vurdu. Bu nəticə sizi razı salır, yoxsa daha yuxarı pillədə qərarlaşmaq istəyərdiniz?
- Aydın məsələ odur ki, bizim məqsədimiz həmişə turnir cədvəlinin yuxarı pillələrində qərarlaşmaqdır.
Lakin biz qış fasiləsindən sonra geri dönəcəyik ki, turnir cədvəlində yüksək yerlərdə qərarlaşaq.
Tam oxu
Xəbəri oxu