“Turan Tovuz”un oyununa giriş sərbəstdi

11.11.2024

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Turan Tovuz”un çempionluğunun və ölkəmizi ilk dəfə ilə avrokuboklarda təmsil etməsinin 30 illiyi ilə bağlı bu komandanın və “Kəpəz”in veteran futbolçuları arasında yoldaşlıq oyunu keçiriləcək.

Heyətlər məlumdumu? Azarkeşlərin stadiona girişi sərbəst olacaq, yoxsa biletlə? Bu sualları “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevə ünvanladıq:

“İdeya olaraq çoxdan bu fikr var. Heyətlər bu gün tam biliəcək. Hər kəs dəvətlidi. Giriş sərbəstdi”.


Xatırladaq ki, noyabrın 11-i Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 15.00-da başlayacaq.
ƏSƏD SEYİDOV
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью