Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Turan Tovuz"un qolkiperi İvan Konovalovun Offsideplus.az-a müsahibəsi - Premyer Liqanın son turunda "Səbail"lə heç-heçə etdiniz.
Qarşılaşma haqda nə düşünürsən? - İlk hissədə nə qədər çalışsaq da, istədiyimiz oyunu sərgiləyə bilmədik və fasiləyə məğlub yollandıq.
2-ci yarıda isə əvəzetmələr özünü doğrultdu və məğlubiyyətdən qaça bildik.
- İlk hissənin sonlarında Kristian Da Silva penaltini dəqiq yetirsəydi, fərqli gedişat ola bilərdimi?
- Həmin epizod qol olsaydı, oyunun nəticəsi tamam başqa cür olacaqdı.
Düşünürəm ki, status-kvonu bərpa edəndən sonra ikinci hissədə qələbə şansımız daha çox olacaqdı.
- "Səbail" ilə oyunda 1 xal qazandınız, yoxsa 2-ni itirdiniz? - Bizim üçün vacib qarşılaşma idi. Bu nəticəni gözləmirdik.