“Turan Tovuz”un sonuncu sınağı

03.08.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Turan Tovuz” Türkiyə toplanışı çərçivəsində bu gün sonuncu yoxlama oyununa çıxacaq.

Futbolpress.az xəbər verir ki, Kurban Berdıyevin yetirmələri Türkiyə təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

“Turan Tovuz” bundan əvvəl “Iğdır”a qalib gəlib (1:0), İranın U-21 yığması və “Karagümrük” klubu ilə isə heç-heçə edib (hər iki matç 1:1).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью