“Turan Tovuz”un “Traktor”la oyununun vaxtı dəqiqləşib

12.07.2025

Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni mövsümün hazırlığını Türkiyədə davam etdirən “Turan Tovuz”un “Traktor”la yoxlama oyununun vaxtı dəqiqləşib.

Klubdan İdman.biz-ə verilən məlumata görə, bölgə klubu Təbriz klubu ilə iyulun 29-da üz-üzə gələcək.

İran Pro Liqasının son çempionu "Traktor"la matçın başlama saatı və məkanı isə hələlik müəyyənləşməyib.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью