Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” bu gün ilk yoxlama oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, Kurban Berdıyevin komandası Rumıniya təmsilçisi “Qloriya Buzau” ilə qarşılaşacaq.
Bu, Azərbaycan klublarının 2025-ci ildəki ilk beynəlxalq sınağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Yoxlama oyunu
9 yanvar
16:30. “Turan Tovuz” – “Qloriya Buzau” (Rumıniya)
Qeyd edək ki, “Turan Tovuz”un ikinci oyunu yanvarın 12-də baş tutacaq. Qərblilər Özbəkistan təmsilçisi "Paxtakor"la qarşılaşacaq.
İdman.biz