Turan Tovuzun Türkiyədə qarşılaşacağı rəqiblər açıqlanıb

06.01.2025

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"un qış təlim-məşq toplanışında qarşılaşacağı rəqiblər açıqlanıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, qərb təmsilçisi yanvarın 9-da Rumıniya təmsilçisi “Qloriya Buzau” ilə üz-üzə gələcək.

Oyun yerli vaxtla saat 17:00-da başlayacaq. Kurban Berdıyevin rəhbərlik etdiyi kollektivin növbəti sınağı 3 gün sonra Özbəkistan klubu "Paxtakor"a qarşı olacaq. Həmin görüş də saat 17:00-da start götürəcək.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью